Şəhid olan hərbi qulluqçumuz Bərdə rayonunda dəfn olunub
    • 7-03-2020, 21:42
    • 1 384

Şəhid olan hərbi qulluqçumuz Bərdə rayonunda dəfn olunub

Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Qarayev Eltun Elman oğlu ilə doğulduğu Bərdə rayonu Qazqurdalı kəndində vida mərasimi keçirilib.


News24.az APA-nın yerli bürosuna istinadən məlumat verir ki, Qarayev Eltun Elman oğlu Bərdədə Şəhidlər xiyabanında dəfn olunub.


Dəfn mərasimində rayon rəhbərliyi, DSX-nın nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.