Bolqarıstanda koronavirusa ilk 4 yoluxma faktı
    • 8-03-2020, 16:42
    • 1 064

Bolqarıstanda koronavirusa ilk 4 yoluxma faktı

Bolqarıstanda koronavirusa ilk dörd yoluxma faktı qeydə alınıb.

News24.az xəbər verir ki, bunu ölkənin İnfeksion və Parazit Xəstəliklər üzrə Milli Mərkəzin direktoru Todor Kantarciyev açıqylayıb.

Xəstələnənlər koronavirusa yoluxmuş gənclə kontaktda olan Pleven şəhərinin 27 və 60 yaşlı sakinləridir. İnfeksiya, həmçinin Qabrovodan olan 75 yaşlı qadında və onun müalicə olunduğu şöbədə çalışan tibb işçisində aşkarlanıb.

Koronavirus xəstələrinin olduğu xəstəxanalarda karantin elan olunub, bina polis tərəfindən mühafizə olunur. Həmçinin xəstələnənlərlə kontaktda olan vətəndaşların axtarışları aparılır.