-
- 8-03-2020, 17:00
- 816
Koronavirus Banqladeşdən də yan keçmədi
Banqladeşdə koronavirusa ilk yoluxma faktları qeydə alınıb.
News24.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Epidemilogiya, Xəstəliklərlə Mübarizə və Tədqiqatlar İnstitutunun direktoru Meercadi Sabrina Flora məlumat verib.
O, brifinqdə çıxışı zamanı qeyd edib ki, xəstələnənlərdən ikisi bu yaxınlarda İtaliyadan qayıdan bir ailənin üzvləridir. Üçüncü şəxs isə həmin şəxslərlə kontaktdan sonra virusa yoluxub.
Xəstələnənlərin yaş həddi 20-dən 35-dəkdir.
Qeyd edək ki, Banqladeş hökuməti martın 4-dən İtaliya, Cənubi Koreya, Yaponiya və Küveytdən gələn şəxslərin ölkəyə girişinə qadağa qoyub.