Səudiyyə Ərəbistanı koronavirusa görə təyyarə və gəmi səfərlərini dayandırdı
    • 9-03-2020, 13:28
    • 756

Səudiyyə Ərəbistanı koronavirusa görə təyyarə və gəmi səfərlərini dayandırdı

Səudiyyə Ərəbistanı koronavirusa qarşı mübarizə çərçivəsində 9 ölkə ilə təyyarə və gəmi səfərlərini müvəqqəti olaraq dayandırıb.

Türkiyə mediası xəbər verir ki, hökumət Səudiyyə Ərəbistanı təbəqələrinin Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Bəhreyn, Livan, Suriya, Cənubi Koreya, Misir, İtaliya və İraqa, eləcə də ölkə vətəndaşlarının krallığa səfərlərini müvəqqəti olaraq dayandırıb.

Məlumata görə, son 14 gündə həmin ölkələrdə olanların Səudiyyə Ərəbistanına girişi təxirə salınıb. BƏƏ, Küveyt və Bəhreyndən quru yolu ilə gələnlərə bu qadağa şamil edilməyəcək.