İranda daha bir vəzifəli şəxs VİRUSA YOLUXDU
    • 9-03-2020, 17:08
    • 717

İranda daha bir vəzifəli şəxs VİRUSA YOLUXDU

İranın fövqəladə hallar təşkilatının başçısı İsmayıl Nacar koronavirusa yoluxub.

Bu barədə təşkilatın sözçüsü Əli Bəxtiyari bildirib.

“Ötən həftə İsmayıl Nacar qrip simptomu ilə tibbi mərkəzə müraciət edib. O, 4 testdən keçib. Analiz nəticəsində onun COVİD-19 virusunun daşıyıcısı olduğu məlum olub”, - Ə.Bəxtiyari bildirib.

Xatırladaq ki, İranda koronavirusa 7 161 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 2 394 nəfər sağalıb, 237 nəfər isə ölüb. /Report/