Çin İrandan təxliyə etdiyi 164 vətəndaşını KARANTİNƏ ALDI
    • 11-03-2020, 10:17
    • 589

Çin İrandan təxliyə etdiyi 164 vətəndaşını KARANTİNƏ ALDI

Çin çarter reysi ilə İrandan 164 vətəndaşını təxliyə edib.

News24.az RİA-ya istinadən xəbər verir ki, həmin şəxslər Siçuan əyalətində Çendu şəhərində karantin altına alınıblar. 

Qeyd edilib ki, təyyarə hava limanında xüsusi ayrılmış yerə enib. Sərnişinlər koronavirus əlamətlərinə görə yoxlanıldıqdan sonra sərhədi keçiblər. 164 sərnişinin heç birində yüksək hərarət olmayıb. Lakin, 21 sərnişin boğaz ağrısı və öskürəkdən şikayət edib.