ABŞ İranı amerikalı məhbusları koronavirusla əlaqədar həbsdən azad etməyə çağırdı
    • 11-03-2020, 11:39
    • 607

ABŞ İranı amerikalı məhbusları koronavirusla əlaqədar həbsdən azad etməyə çağırdı

ABŞ İran hakimiyyətini amerikalı məhbusları koronavirusun yayıldığı həbsxanalardan azad etməyə çağırıb.

News24.az
TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət katibi Maykl Pompeonun yaydığı yazılı açıqlamada bildirilib: "Birləşmiş Ştatlar İran İslam Respublikasını humanitar səbəblərdən İranda olan bütün qanunsuz saxlanılan amerikalıları dərhal azad etməyə çağırır. Amerika Birləşmiş Ştatları İran rejimini amerikalıların ölümü üçün birbaşa məsuliyyət daşıyacaq".