Avroparlament iclaslarını məhdudlaşdırır
    • 11-03-2020, 21:56
    • 595

Avroparlament iclaslarını məhdudlaşdırır

Avropa parlamenti COVID-19 virusunun yayılması ilə bağlı qabaqlayıcı tədbirlər qismində bu həftə yalnız bir iclas keçirəcək.

News24.az xəbər verir ki, ilkin olaraq Strasburqda bir neçə iclasın keçirilməsi planlaşdırılmışdı. Amma virusun yayılması nəzərə alınaraq, Avroparlament əvvəlcə riskli səfərlərdən qaçmaq üçün Brüsseldə qalmağı qərara alıb. Daha sonra yalnız bir dəfə iclas keçirmək və bununla da “virus tətili” elan etmək qərarına gəlib.

Bir sıra deputatlar bunun ağıllı addım və başqaları üçün nümunə olduğunu vurğulayıb. Digərləri isə bununla Avroparlamentin epidemiya təhlükəsi qarşısında öz acizliyini nümayiş etdirdiyini bildirib.