-
- 12-03-2020, 12:20
- 468
Bakıda 143 avtomobildən edilən oğurluğun ÜSTÜ AÇILDI - FOTO
Nəqliyyat vasitələrindən oğurluq cinayətlərinin açılması ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir.
Bu barədə News24.az-ın sorğusuna cavabında Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, qabaqcıl metodoloji kriminalistik üsullar tətbiq olunmaqla keçirilən əməliyyat -axtarış tədbirlər ilə paytaxtda cari ildə 143 hadisənin üstünün açılması təmin olunub. Hər bir fakt üzrə şübhəli şəxslərin yeri və şəxsiyyəti müəyyən olunaraq istintaqa təhvil verilib: "Fəaliyyət sahəmiz təkcə cinayətlərin qarşısının alınması və açılması ilə yekunlaşmır. Bizim üçün əsas meyar baş verən cinayətin üstünün açılması ilə yanaşı, qabaqlayıcı-profilaktik tədbirlərin genişlənməsidir. Tərəfimizdən analitik təhlil və araşdırmalar aparılmaqla qabaqlayıcı tədbirlər işlənib hazırlanaraq, icraya yönəldilir. Burada əsas məqsəd paytaxt sakinlərinin maarifləndirilməsidir.
Ümumləşdirmələr göstərir ki, nəqliyyat vasitələri əsasən sahibinin viktim davranışı (zərərçəkmiş şəxsin cinayətin törədilməsi üçün yaratdığı şərait) zəminində talana məruz qalır. Bu, həm də əmlak sahibinin öz mülkiyyətinə olan münasibətindən asılıdır. Nəqliyyat vasitələrinin sahibləri avtomobilləri əsasən mühafizə olunmayan, işıqlandırılmayan, yaxud “Təhlükəsiz Şəhər” kameralarının əhatə dairəsindən kənar, gediş-gəlişin az olduğu küçələrdə saxlamaları müşahidə olunur. Bütün bunları nəzərə alaraq, nəqliyyat vasitələri park olunarkən sürücülər elementar qaydalara əməl etməli, viktimoloji şəraiti nəzərə almalı, avtomobillərin salonunda qiymətli əşyaların saxlanmamasına fikir verməlidir”.
Məlumatda vurğulanır ki, Daxili İşlər nazirinin rəhbərliyi altında Bakı şəhər BPİ-nin rəhbərliyi paytaxt ərazisində hüquqazidd əməllərin, o cümlədən hazırlanan, törədilən cinayət faktlarının açılması, qarşının alınması və araşdırılmasına nəzarətin həyata keçirilməsini təmin etməklə, bütün zəruri əməliyyat-istintaq xidmətlərinin, həmçinin rayon polis orqanlarının bu istiqamətdə tədbirlərinin görülməsini diqqət mərkəzində saxlayır.