Azərbaycanda əcnəbi sürücü sükan arxasında öldü
    • 13-03-2020, 01:26
    • 872

Azərbaycanda əcnəbi sürücü sükan arxasında öldü

Azərbaycanda əcnəbi sürücü sükan arxasında ölüb.

News24.az xəbər verir ki, hadisə Xaçmaz-Xudat yolunda baş verib.

Belə ki, 1966-cı il təvəllüdlü Belarus vətəndaşı Pronin Gennadey TIR markalı yük avtomobilini idarə edən zaman özünü pis hiss edib. Bu zaman maşını yol kənarında saxlayan əcnəbi sürücü ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.