Aİ-95 və Aİ-98 markalı benzin ucuzlaşacaq
    • 13-03-2020, 01:35
    • 1 393

Aİ-95 və Aİ-98 markalı benzin ucuzlaşacaq

Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzin ucuzlaşacaq.  


News24.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu marka yanacağın qiyməti martın 13-dən etibarən aşağı düşəcək. 


Belə ki, premium benzinin qiymətinin 20% ucuzlaşacağı gözlənilir.  


Qeyd edək ki, hazırda Aİ-95 markalı benzinin bir litri 1.5 manata satılırdı.


Aİ-98 markalı benzinin bir litri isə1.6 manata satılırdı.