-
- 13-03-2020, 12:59
- 1 099
Koronavirusa yoluxan ilk prezident, nazirlər, deputatlar - SİYAHI
Çindən başlayaraq bütün dünyanı cənginə alan koronavirusa yoluxanlar arasında prezident, nazirlər və digər vəzifəli şəxslər də var.
News24.az virusa yoluxan siyasətçilərin siyahısını hazırlayıb.
Bu gün yayılan məlumata görə, dövlət başçıları arasında ilk yoluxma halı Braziliyada baş verib. Prezident Jair Bolsonarudan götürülən testlərin nəticəsi müsbət olub.
Koronavirusun sürətlə yayıldığı ölkələrdən biri də İrandır. Burada virusa yoluxanlar arasında nazirlər, millət vəkilləri də var. Onların sırasında İranın vitse-prezidenti Eshaq Cahangiri, Mədəni İrs, Sənətlər və Turizm naziri Əli Munesan, Sənaye və Ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat var.
İspaniyada da iki xanım nazirdə koronavirus aşkarlanıb. Ölkənin ərazi siyasəti və dövlət qulluğu naziri Karolina Darias və bərabər imkanlar naziri İrene Monteronun test nəciləri müsbət olub.
Böyük Britaniyanın Səhiyyə naziri Nadin Dorris də koronavirusa yoluxanlar arasındadır. Bu barədə nazir özü məlumat verib. O bildirib ki, testin nəticəsinə görə onda koronavirus aşkarlanıb.
Avstraliyada da nazirin virusa yoluxma halı qeydə alınıb. Ölkənin daxili işlər naziri bu barədə özü açıqlama verib.