-
- 13-03-2020, 13:24
- 1 215
Azərbaycanda biznesmenin evinə avtomatla basqın edib oğlunu güllələdilər – ŞOK FAKTLAR
Keçən ilin sentyabr ayında Ağstafa rayonunda aptek sahibinin evinə silahlı basqın edən şəxslər barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, Budaqov Azər İsmayıl oğlu, Cəfərov Natiq Alı oğli və Novruzov Ceyhun Şərifxan oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq), 228-ci maddəsinin 3 bəndi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə açılan işin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Məhəmməd Bağırovun sədrliyi ilə baxılacaq.
Məhkəmə prosesi martın 31-də başlayacaq.
Qeyd edək ki, iş üzrə 9 nəfər zərərçəkən ar və onlardan 6-sı qadındır. Həmin şəxslər eyni ailənin üzvləri və yaxın qohumlardır.
Hadisəyə gəlincə, Ağstafa Rayon Polis Şöbəsinin əməklaşları aptek sahibinin ailəsinə edilən silahlı basqının üstünü "isti izlərlə" açıb. Belə ki, gecə saat iki radələrində silahlanmış iki nəfər maskalı şəxs Mustafayevlərin yaşadığı evə soxulub . Məlumata görə, sentyabrın 16-dan 17-nə keçən gecə Azər Mustafayevin evinə iki nəfər qara maskalı şəxs hücum edib. Həmin vaxt ev sahibləri yatırmış. Cinayətkarlar Azər Mustafayevin oğlu — Fövqəladə Hallar Nazirliyinin zabiti Əmirxan Mustafayevin yataq otağına daxil olublar. Onlar Ə.Mustafayevin başına "Kalaşnikov" avtomatının qundağı ilə vuraraq kəllə sümüyünü qırıblar.
Polisin məlumatına görə, Əmirxanın qışqırıq səsinə atası Azər Mustafayev yuxudan oyanıb. A.Mustafayev oğlunun otağına daxil olaraq avtomatdan yapışıb və onu cinayətkarın əlindən almağa cəhd göstərib. Mustafayev avtomatın lüləsini tavana doğru tutub və bu vaxt atəş açılıb. Səs-küydən qorxan quldurlar qaçmağa üz tutublar. Onladan biri qaçıb aradan çıxsa da, Azər Mustafayev digərini tutaraq hadisə yerinə gələn polisə təhvil verib. Qaçmış cinayətkar isə səhər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Ev sahibi Azər Mustafayev isə bildirib ki, gecə saat 2-də silahlanmış iki nəfər maskalı şəxs evə soxulub. Onlardan birində "Kalaşnikov" markalı avtomat silah olub. Çağırılmamış qonaqlar ev sahiblərini silahla hədələyərək onlardan pul tələb ediblər. Özünü itirməyən ev sahibi silahlı şəxslə əlbəyaxa olub. Bu zaman silahdan iki dəfə atəş açılıb.
Güllərdən biri Azər Mustafayevin sağ qolunu sıyırıb keçib. Digəri isə evin tavanına dəyib. Bundan sonra ev sahibinin oğlu Əmirxan Mustafayev də oğrunu zərərsizləşdirmək üçün mübarizəyə qoşulub. Bu zaman 29 yaşlı Əmirxan baş nahiyəsindən xəsarət alıb. Silahın qundağı onun başına dəyib. Ev sahibləri basqınçılardan birini zərərsizləşdirib və öz ilə gətirdiyi iplə əlini bağlayıb polisə xəbər veriblər.
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, bəlli olub ki, saxlanılan şəxslər əvvəllər məhkumluq həyatı yaşamış, 1963-cü il təvəllüdlü yerli sakin Araz Budaqov və 1972-ci il təvəllüdlü Ceyhun Novruzovdur. O da məlum olub ki, Budaqov 20 il həbsdə yatıb və möhkəm narkotik aludəçisidir.
Onun cinayət ortağına gəlincə, hadisə zamanı istifadə edilən "Kalaşnikov" avtomatı Novruzova məxsus olub. Sonuncu 90-cı illərin əvvəllərində daxili qoşunlarda xidmət edib və o zamandan oğurladığı avtomatı gizlədərək özündə saxlayıb. Həmin dövrlərdə ölkədə qeyri-sabitlik olduğundan, avtomatın oğurlanmasının heç kəs fərqinə varmayıb.
İstintaq zamanı saxlanılan şəxslər bildiriblər ki, onlar Mustafayevin aptek sahibi olduğundan xəbərdar imişlər.