Həftə sonunun havası AÇIQLANDI
    • 13-03-2020, 17:46
    • 821

Həftə sonunun havası AÇIQLANDI

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında martın 14-də gecə və səhər, 15-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 4-6, gündüz 10-15 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında bəzi yerlərdə yağış yağacağı, martın 15-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, martın 14-də arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.

Mərkəzi aran rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin martın 14-də bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, martın 14-də arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

Naxçıvan MR-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, martın 14-də arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, martın 15-də şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9, gündüz 14-17 dərəcə isti olacaq.