DİN əməliyyat keçirdi: 36 nəfər SAXLANILDI
    • 14-03-2020, 12:42
    • 681

DİN əməliyyat keçirdi: 36 nəfər SAXLANILDI

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında məlumat yayıb.

News24.az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.