Gürcüstanda kazinolar bağlandı
    • 14-03-2020, 23:18
    • 546

Gürcüstanda kazinolar bağlandı

Gürcüstanda kazinolar bağlanıb, totalizator və digər şans oyunları qadağan edilib.


News24.az  xəbər verir ki, Gürcüstan hökuməti ölkə ərazisində yeni tip koronavirusun yayılmasının qarşısını almaq məqsədilə əlavə qərarlar qəbul edib. Bu qərarlardan biri də, ölkə ərazisindəki bütün kazino və totalizatorlar fəaliyyətlərini müvəqqəti dayandırılması ilə bağlıdır.


Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası bu sahədə fəaliyyət göstərən şirkətləri mövcud vəziyyəti nəzərə alaraq yüksək sosial məsuliyyət nümayiş etdirməyə çağırıb. Bildirilir ki, bu cür qərarlar bəzi qurumların maliyyə durumuna mənfi təsir göstərsə də, insanların sağlamlığı hər şeydən üstündür.


Qeyd edək ki, bu günə qədər Gürcüstanda 30 nəfər koronavirusa yoluxub. Hazırda 418 nəfər karantindədir, daha 54 nəfər isə stasionar nəzarətdə saxlanılır.