Şəmkirdə "avtoşlar" TUTULDU - FOTO
    • 16-03-2020, 12:10
    • 861

Şəmkirdə "avtoşlar" TUTULDU - FOTO

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücüləri saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan News24.az-a verilən məlumata görə, rayon sakinləri, 22 yaşlı Elnur Teymurlu və Əli Alıyevin sürücülük hüququ olmadan idarə etdikləri “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillər ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri məlum olub. Hər iki şəxs barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.