Bu gün sonuncu - İlaxır çərşənbədir
    • 17-03-2020, 00:43
    • 1 225

Bu gün sonuncu - İlaxır çərşənbədir

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni Torpaq Çərşənbəsi qeyd olunur. 


News24.az xəbər verir ki, bölgələrdə bu, sonuncu çərşənbə olduğu üçün İlaxır Çərşənbə adı ilə də tanınır. 


Qeyd edək ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Eyni zamanda iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.  


Beləliklə, bu il 20-28 mart tarixlərində (9 gün) iş olmayacaq.