-
- 17-09-2018, 11:01
- 1 493
“Şərəf lövhəsinə şəkli 20 manata vururlar” - Valideyndən iddia
Valideyn Zülfüqar Süleymanov Xırdalan şəhər 2 saylı tam orta məktəbdə şərəf lövhəsi üçün pul yığıldığını iddia edib.
"News24.Az" “Qafqazinfo” istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən Z. Süleymanov 20 manat ödəmədiyi üçün övladının şəklinin şərəf lövhəsinə vurulmadığını qeyd edib:
“Bu Şərəf lövhəsində Uğurumun da şəkli olmalı idi. Lakin bunun üçün 20 manat ödəməli olduğuma görə imtina etdim (pula görə yox). Şərəf lövhəsinin də pul ilə satılması şərəfsizliyin təməlidir”.
“Qafqazinfo” məsələylə bağlı məktəbin direktoru Ədalət Camalova ilə əlaqə saxlayıb. Direktor bildirib ki, şəfər lövhəsi son qiymətləndirməyə əsasən may-iyun aylarında yenilənib. Bunun üçün isə şagirdlərdən heç bir ödəniş tələb olunmayıb:
“Tədris ili hələ yeni başlayıb. Biz kimdənsə pul tələb etməmişik. Ötən ilin qiymətlərinə görə əlaçıların şəkilləri isə dərs ilinin sonunda şərəf lövhəsinə yerləşdirilib”.
“Qafqazinfo”