"Bəlkə, mənim başım xarabdır?" - XATİRƏ İSLAM - VİDEO
    • 19-03-2020, 13:23
    • 1 112

"Bəlkə, mənim başım xarabdır?" - XATİRƏ İSLAM - VİDEO

"Mütləq mənim kimi olmalısan? Bəlkə, mən heç yaxşı insan deyiləm? Pisəm, bəlkə, dəliyəm, başım işləmir? Bəlkə, etdiyim hansısa hərəkətlərimə görə çox peşman olmuşam? Siz etməyin, sonra peşman olmayın. Dilliyəm, siz olmayın. Siz ağıllı qız olun". 

News24.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Show news"da deyib. O, bildirib ki, kaprizli insan deyil: "Kaprizli insan deyiləm, yalanı sevmirəm, düzlüyü xoşlayıram. İstəmirəm kimdənsə istifadə ediləndə. Mənimlə mən olun. Qanımdadır, rola girə bilmirəm. Nə qədər çalışsam da, obraza girməyi alındıra bilmirəm. Əgər, mənim damarımı tutdunsa, dünyada məndən rahat adam ola bilməz. Kinli insan deyiləm. Amma çox səhvi bağışlaya bilmərəm. Deyib-gülərəm, amma içimdə onu unudub barışmaram".

Müğənni onu da vurğulayıb ki, Xalq artisti Röya Ayxanla sırdaşdır: "Röya Ayxanla hansısa sirrimi bölüşəndə heç vaxt fikirləşmirəm ki, deyim-deməyim, anama, bacıma dediyim kimi. İnsan gərək, dostlarına güvənməyi bacarsın".

Sevda Bayramova