İranda koronavirusdan ölənlərin sayında ŞOK ARTIM
    • 19-03-2020, 15:38
    • 653

İranda koronavirusdan ölənlərin sayında ŞOK ARTIM

İranda koronavirusdan ölənlərin sayı 1300 nəfərə yaxınlaşır.

News24.az RİA-ya istinadən xəbər verir ki, fevralın 19-dan indiyədək ölkənin Səhiyyə Nazirliyi 18407 yoluxma hadisəsi qeydə alıb. Nazirinin müşaviri Əli Rza Vahabzadənin sözlərinə görə, ötən gün günorta saatlarından bu günə qədər 1046 yeni koronavirus infeksiyası aşkar edilib. Koronavirusdan sağalanların sayı 5979 nəfərdir. Təəssüf ki, gün ərzində 149 nəfər ölüb. Qurbanların ümumi sayı 1284 nəfərdir".