Almaniyada xəstəxanadan spirt oğurlayan azərbaycanlı tutuldu
    • 19-03-2020, 21:38
    • 628

Almaniyada xəstəxanadan spirt oğurlayan azərbaycanlı tutuldu

Almaniyanın Münster şəhərindəki xəstəxananın anbarından 100 litr dezinfeksiyaedici spirt oğurlayan 28 yaşlı azərbaycanlı tutulub.

News24.az Almaniya KİV-nə istinadən xəbər verir ki, oğurluq faktı fevral ayında qeydə alınıb. Azərbaycan vətəndaşı oğurladığı spirit internet vasitəsilə satışa çıxararkən yaxalanıb. Şübhəlinin Havixbek şəhərindəki mənzilində axtarış aparılıb.

Polis axtarış zamanı xəstəxana inventarına daxil olan spirt qabları aşkarlayıb.

Saxlanılan şəxs isə ona qarşı ittiham aktını qəbul etməyib. Məsələ ilə bağlı cinayət işi açılıb.