-
- 20-03-2020, 01:30
- 710
Türkiyədə karantinə alınanların sayı 10 minə çatır - RƏSMİ
Türkiyənin Daxili işlər naziri Süleyman Soylu yerli jurnalistlərin koronavirus karantini ilə bağlı suallarını cavablayıb.
News24.az xəbər verir ki, “Haber Global”ın məlumatına görə, Soylu hazırda 9800 nəfərin karantində olduğunu təsdiqləyib.
O bildirib ki, karantinə alınanların əksəriyyəti xarici ölkələrdən Türkiyəyə gələnlərdir. Həmin şəxslər 14 günlük karantinə alınır. 14 gün ərzində onlarda heç bir xəstəlik aşkar edilməsə, evlərinə buraxılırlar.