Çində koronavirusa yoluxanların 87,9 FAİZİ SAĞALDI
    • 20-03-2020, 09:45
    • 838

Çində koronavirusa yoluxanların 87,9 FAİZİ SAĞALDI

Çinin Ubey əyalətindən kənarda yerləşən xəstəxanalarında koronavirusdan müalicə alan xəstələrin sayı 282 nəfərə qədər azalıb, ümumilikdə ölkədə xəstələrin 87,9 faizi sağalıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsinin məlumat yayıb. 

Bildirilib ki, Çində təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 80 967-yə çatıb, onlardan 71150-i müalicə olunaraq xəstəxanalardan buraxılıb. Bu ümumi halların 87,87faizini təşkil edir.