Nazirlər və müavinlərinin maaşı azaldıldı - BAŞ NAZİRDƏN KORONAVİRUSLA BAĞLI QƏRAR
    • 20-03-2020, 15:44
    • 662

Nazirlər və müavinlərinin maaşı azaldıldı - BAŞ NAZİRDƏN KORONAVİRUSLA BAĞLI QƏRAR

Albaniyanın Baş naziri Edi Rama koronavirusla əlaqədar olaraq, nazirlərin və nazir müavinlərinin maaşlarının yarıya qədər azaldılmasına qərar verdiyini söyləyib.

News24.az RİA-ya istinadən xəbər verir ki, Baş nazir bu barədə "Facebook" hesabında yazıb. O qeyd edib ki, ölkədə daha çox qazananlar töhfə verməlidirlər. Buna görə Albaniya hökuməti üzvlərinin maaşlarının azaldılacağına qərar verib. 

Qeyd edək ki, Albaniya Səhiyyə Nazirliyinin məlumatına görə, 64 nəfər koronavirusa yoluxub. İki ölüm faktı qeydə alınıb. Ölkə karantindədir.