Bakı polisi 20 cinayətin üstünü açıb
    • 24-03-2020, 11:18
    • 653

Bakı polisi 20 cinayətin üstünü açıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 20 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən News24.az-a verilən məlumata görə, cinayətlərin 1-i quldurluq, 8-i narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 faktın üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə, ümumilikdə 1 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan dörd nəfər tapılaraq ailəsinə təhvil verilib.