-
- 20-06-2018, 11:19
- 3 668
Vüsalə Əlizadə “Danışan kağızlar” layihəsində – FOTOSESSİYA
Azərbaycanın tanınmış modelyer-dizayneri Şəlalə Maqsudova yeni layihəsini təqdim edib.
NEWS24.AZ xəbər verir ki, “Danışan kağızlar” adlı layihə üzərində modelyer iki həftəyə yaxın işləyib: “Hər kəs kimi mənim də öz dünyam var! Rəngarəng çalarlarla dolu. Qumaşların, əşyaların, təbiətin insanlarla dialoqu mənim dünyamın ayrılmaz parçasıdır. Mənim dünyamda qəlblər və dəyərlər danışır.
Dili olmayan gözəlliklər dillənir, canı olmayan əşyalar yaradıcılıq nəfəsimdən nəfəs alıb canlanır. Qərinələrlə kağız üzərində yaşayan yazılar insanlara elm gətirdi. Neçə aşiqlərə söz daşıdı, şairlərə sirdaş oldu, qanun oldu, kitab oldu.
Mən də istədim libas olsun! Libas kimi danışsın. Ümid edirəm öz dünyamdan hamımızın böyük dünyasına bir parça gözəllik qata biləcəyəm. Bu dəfə də xoş gəldiniz xəyallarımdan qaynaqlanan sevgi ilə yaratdığım unikal gözəllik dünyama. Bir balaca da olsa ruhunuzu oxşayıb, gözlərinizi sevindirəcəyəmsə nə xoş mənə”.
“Danışan kağızlar” layihəsində model kimi Vüsalə Əlizadə çıxış edir. Layihənin fotoqrafı Araz Bağırov, rəssam–stilisti Nərmin İbrahimovadır.