Çin koronavirusdan ölənlərin sayını gizlədib? - 14 MİLYON ABUNƏ YOX OLDU - İDDİA
    • 25-03-2020, 11:32
    • 770

Çin koronavirusdan ölənlərin sayını gizlədib? - 14 MİLYON ABUNƏ YOX OLDU - İDDİA

Çin hökümətinin koronavirusdan ölələrin sayını gizlətdiyi iddia olunub.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb mobil operator istifadəçilərinin sayının azalması olub. Dünyanın ən böyük mobil operatoru "China Mobile Ltd" 2000-ci ildən indiyədək yayımladığı statistikada ilk xalis eniş olduğunu bildirib. 

Şirkətin veb saytındakı məlumatlara görə, yanvar və fevral aylarında "China Mobile" abunəçilərinin sayı 8 milyondan çox azalıb. "Çin Telekom Corp" ötən ay 5.6 milyon istifadəçisini itirdiyini, "Çin Unicom Hong Kong Ltd" isə yanvar ayında 1,2 milyon azalma olduğunu bildirib.

Sözügedən göstəricilərdən sonra Çinin koronavirusdan ölənlərin sayını gozlətdiyi iddia edilib. Lakin, analitiklər abunəçilərin sayının belə azalmasını ötən ilin sonlarında Çində koronavirusi böhranı ilə əsaslandırıblar. Azalmanın bir hissəsi ölkə daxilində işləyən miqrantların iş üçün ayrı, qohumlarla əlaqə qurmaq üçün isə başqa nömrədən istifadə etməsi ola bilər. Bildirilib ki, onlar koronavirus səbəbi ilə işlərinə geri qayıda bilmədikləri üçün nömrələrindən birindən imtina ediblər.