Bu gün Milli Musiqi Günüdür
    • 18-09-2018, 10:10
    • 1 790

Bu gün Milli Musiqi Günüdür

18 sentyabr – dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.
 Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub.

Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.

Maestro Niyazinin təşəbbüsü ilə XX əsrdə hər il sentyabrın 18-i böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin anadan olduğu gün respublikamızda xüsusi təntənə və mərasimlərlə qeyd edilirdi. 

Mədəniyyətimizin böyük hamisi, ümummilli lider Heydər Əliyev məhz bu günü də unutmadı. Unudulmaz Niyazinin təşəbbüsü ilə keçirilən Üzeyir Musiqi Günü 1995-ci ildə dövlət statusu aldı. Ulu öndərin sərəncamı ilə hər il 18 sentyabr “Üzeyir Musiqi Günü” kimi qeyd olunmağa başlandı. Bu nəcib qərar bütün insanların, xüsusilə də musiqisevərlərin ürəyincə oldu.