-
- 25-03-2020, 12:50
- 765
İtaliyada koronavirusa yoluxan ilk xəstə danışdı: "Nəfəs almağa başladım"
İtaliyada koronavirusa yoluxan ilk şəxs 1 ay sonra xəstəxanada evə buraxılıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı Mattia adlı şəxsin səs yazılısı şəhər rəhbərliyi tərəfindən yayımlanıb. O, səs yazısında "Mənə dedilər ki, 18 gün reanimasiyada qalmışam. Sonra yoluxucu xəstəliklər şöbəsində müalicə aldım və burada əsl dünya ilə əlaqə qurmağa başladım. Dünyadakı ən sadə, lakin ən gözəl şeyi edə bilməyə, nəfəs almağa başladım" deyib.
O həmçinin qeyd edib ki, insanlar onun təcrübəsindən dərs almalı və evdə qalmalıdırlar:"Müalicə olunduğum üçün çox şanslıyam. Ancaq siz indi xəstələnsəniz, müalicə olunmaq üçün həkim, işçi heyəti və ya avadanlıq tapa bilməzsiniz".