Çində yayılan hantavirus İNSANDAN İNSANA YOLUXMUR
    • 25-03-2020, 13:52
    • 759

Çində yayılan hantavirus İNSANDAN İNSANA YOLUXMUR

Neyrofiziologiya sahəsindən olan alim və mütəxəssis Simaiya Şeyk hantavirusun insandan insana ötürülməsinin nadir hal olduğunu bildirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, alim ötən gün Çində bir nəfərin ölümünə səbəb olan bu virusun ötən əsrin ortalarında Koreya müharibəsi dövründə ortaya çıxdığını xatırladıb.

Onun sözlərinə görə, hantavirusa qarşı peyvənd mövcuddur və çaxnaşma yaratmağa ehtiyac yoxdur. 

Uhan Universitetinin viroloqu Yang Zhanqiu avtobusda hantavirusdan vəfat edən şəxsin digər sərnişinləri yoluxdurma ehtimalının mümkün olmadığını açıqlayıb. O qeyd edib ki, hantavirus nəfəs yolu ilə yayılmır. Virus yalnız insanın ifrazatı və qanı ilə başqalarına ötürülə bilər.