Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHI
    • 26-03-2020, 10:48
    • 1 107

Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHI

Koronavirus pandemiyası (COVİD-19) son 24 saatda rekorda imza atıb.

Məlumata görə, ölü sayı dünyada bu müddət ərzində 2 378 nəfər artaraq 21 292-yə çatıb.

Eyni zamanda xəstəliyə yoluxanların sayında da ciddi artım müşahidə olunub. Dünya üzrə yoluxma faktı 50 min artaraq 472 minə çatıb.
İtaliyada ölü sayı 7 503-ə yüksəlib. Yoluxanların sayı isə 57 521 nəfərdir. Bu rəqəmə ölən və sağalanları daxil etdikdə virusa yoluxanların sayı ümumilikdə 74 386 nəfərə çatıb.

İspaniyada pandemiya səbəbindən 3 647 nəfər həyatını itirib. Son 24 saat ərzində ölənlərin sayı 938 nəfər olub. İspaniya, Çin və İtaliyadan sonra ən çox insan ölümü qeydə alınan ölkədir.

Fransada ölü sayı 1 100 nəfərə qədər artıb. İranda da vəziyyət ürəkaçan deyil. Qonşu ölkədə son 24 saatda 143 insan vəfat edib. Bununla da ölü sayı 2 077-yə çatıb. İranda virusla əlaqəli saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı isə 255 nəfərə çatıb.

İngiltərədə isə virus səbəbindən 465 nəfər ölüb. Ölkə üzrə yoluxanların sayı isə 8 939 nəfərə çatıb. Almaniyada insan tələfatı 206 fakt üzrə qeydə alınıb. Ümumilikdə 33 570 nəfərdə koronavirus aşkarlanıb.

ABŞ-da ölü sayı 1 000 nəfəri keçib. Yoluxanlara gəlincə, bu göstərici son 24 saatda 8 757 nəfər artaraq 66 942-yə çatıb.
Rusiyada isə 626 nəfər virusa yoluxub, 3 nəfər dünyasını dəyişib.  /Report/