Xalq artisti Fidan Hacıyeva da #evdəqal şüarına QOŞULDU - VİDEO
    • 26-03-2020, 15:59
    • 1 592

Xalq artisti Fidan Hacıyeva da #evdəqal şüarına QOŞULDU - VİDEO

Xalq artisti Fidan Hacıyeva da evdə qalıb özünü koronavirusdan qoruyan məşhurlar sırasındadır. 

News24.az-ın xəbərinə görə 6 nömrəli musiqi məktəbinin direktoru F. Hacıyeva evindən online şəkildə musiqi dərslərinə başlayıb. Xalq artisti bildirib ki, buna səbəb son zamanlarda dünyanı ələ alan koronavirus həyəcanıdır. Sənətçinin sözlərinə görə Dövlət başçısısının müəyyən göstərişlərinə əsasən o da evdəqal şüarını dəstəkləyərək, karantindədir. F. Hacıyeva onu da vurğulayıb ki, bu müddəti səmərəli şəkildə evdə ailəsiylə keçirir və bunu da bütün valideynlərə tövsiyyə edir.

Xalq artisti oğlu Emin Çarlzla birgə müxtəlif səpkili videolar çəkiblər. Görüntüdə sənətçi oğluyla Frederik Şopenin musiqisini ifa edib.

Sevda Bayramova