-
- 26-03-2020, 17:39
- 628
Koronavirusam deyib POLİSLƏRİN ÜZƏRİNƏ ÖSKÜRDÜ
Şimali İrlandiyanın paytaxtı Belfast şəhərinin sakini polis məmurlarına qəsdən öskürdüyü və koronavirus xəstəsi olması ilə hədələdiyi üçün mühakimə olunacaq.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı kişi məişət zorakılığına görə saxlanılıb. O, saxlanıldığı zaman iki polis işçisinə koronavirusa yoluxduğunu söyləyib və onların üzərinə öskürüb.
Qeyd olunub ki, o, Belfast məhkəməsində 2 dəfə ağır bədən xəsarəti yetirmək cəhdində ittiham ediləcək. Bundan əlavə o, məişət zorakılığı ilə əlaqədar olaraq hücumda günahlandırılacaq. Lakin, polislərin üzərinə öskürməklə bağlı ona qarşı ittiham irəli sürülməyəcək.