-
- 26-03-2020, 23:17
- 782
Moskvada ərzaq marketləri istisna olmaqla bütün mağazalar bağlanacaq
Dünyanın əksər ölkələrində geniş yayılan koronavirus Rusiyada da can alır.
News24.az-ın The Guardian-a istinadən məlumatına görə, vəziyyətə nəzarəti ələ almaq üçün paytaxt Moskvada ərzaq marketləri istisna olmaqla bütün mağazalar bağlanacaq. Bu qərar martın 28-də işlək olacaq və ən azı aprelin 5-dək qüvvədə olacaq. Bununla da parklar, barlar, restoranlar da fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxma halı ən çox martın 24-də qeydə alınıb. Son 24 saat ərzində isə bu virusa 182 yeni yoluxma halı qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanlaırn sayı 840 olub. Rəsmi məlumatlara görə, virusun ağırlaşması nəticəsində üç nəfər dünyasını dəyişib.