Bakıda avtobuslarda biabırçı görüntülər – VİRUS YAYILA BİLƏR
    • 27-03-2020, 13:48
    • 787

Bakıda avtobuslarda biabırçı görüntülər – VİRUS YAYILA BİLƏR

Son günlərdə Bakıda əksər iş yerlərinin bağlanması səbəbindən ictimai nəqliyyatdan istifadə edənlərin sayı kəskin azalsa da, bəzi marşrut avtobuslarında yenə də basabas müşahidə edilir.

News24.az xəbər verir ki, bu barədə məlumat paylaşan tanınmış televiziya jurnalisti Mir Səməd bildirib ki, 7A və 64 saylı avtobuslarda insanların sıx olması hallarına rast gəlib.

O bildirib ki, ictimai nəqliyyatda sərnişinlərin sıxlığı virusun yayılma riskini daha da artırır.

Qeyd edək ki, sərnişinlərə metrodan deyil yerüstü nəqliyyatdan istifadə edilmək tövsiyə edilib.