ABŞ-da virusa yoluxanların sayı 90 mini ötdü
    • 27-03-2020, 21:52
    • 525

ABŞ-da virusa yoluxanların sayı 90 mini ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı 92,9 min nəfərə çatıb, 1380 nəfər dünyasını dəyişib. 

News24.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Conson Hopkins Universiteti məlumat yayıb.
Ölüm hallarının sayına görə Nyu-York (365 nəfər) və Kinq (109 nəfər) şəhərləri liderlik edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.