-
- 28-03-2020, 14:50
- 858
Xaçmazda polis karantinə əməl etməyənlərə XƏBƏRDARLIQ ETDİ
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi və elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanlarla profikatiki söhbətlər aparılır, onların çölə çıxmamaları barədə tövsiyyələr verilərək yaşadıqları ünvanlara qaytarılması təmin olunur.
Həmçinin polis əməkdaşları tərəfindən xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verilir.
Bu tədbirlərlə yanaşı, xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.