-
- 18-09-2018, 17:36
- 1 582
Kəmaləddin Heydərovun səhhəti ilə bağlı yayılan xəbərlərə rəsmi şəxsdən AÇIQLAMA
Bəzi KİV-lərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun səhhətində ciddi problemlərin yarandığı barədə məlumat yayılıb. Sosial şəbəkələrdə isə bu haqda müzakirələr açılıb.
Həmin məlumatlarda göstərilir ki, Kəmaləddin Heydərov məhz səhhətilə bağlı problemlərə görə 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak etməyib.
Nazirə yaxınlığı ilə tanınan idmançı, Fövqəladə Hallar Nazirliyinin İdman- sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Yayılan xəbərlər yalandır. Cənab nazir hazırda işdədir, yəni öz yerindədir. Əgər parada getməyibsə, bu o demək deyil ki, səhhətində nə isə problemlər var. Tutaq ki, mən işlə bağlı harasa göndərilmişəm və həmin parada gedə bilməmişəm. Yəni yayılan xəbərlər sadəcə olaraq şayiədir”.
//Modern.az