Təhsil sahəsində fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparıldı
    • 28-03-2020, 18:22
    • 835

Təhsil sahəsində fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparıldı

Koronavirus (COVID-19) pandemiyasının özəl məktəbəqədər təhsil müəssisələrinə, dil və hazırlıq kurslarına, idman-sağlamlıq sektoruna təsirinin öyrənilməsi məqsədilə bu sahələrdə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyindən News24.az-a verilən məlumata görə, videokonfrans formatında təşkil edilən müzakirələrdə Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə xüsusi karantin rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması ilə əlaqədar bu sahələrdə fəaliyyət göstərən sahibkarların da neqativ təsirlərlə qarşılaşdığı qeyd edilib, təsirlərin minimuma endirilməsi yolları müzakirə edilib.

Sahibkarlara bu istiqamətdə görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib, təkliflərin hazırlandığı və Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupda müzakirə ediləcəyi bildirilib.

Müzakirələdə hazırkı şəraitdə sosial məsuliyyətin daha da artırılmasının önəmi bir daha özəl sektor nümayəndələrinin diqqətinə çatdırılıb, işçilərin işdən azad edilməsi və ixtisarı hallarına yol verilməməsi tövsiyə olunub.