Şəmkir sakini qardaşını bıçaqladı
    • 29-03-2020, 12:26
    • 834

Şəmkir sakini qardaşını bıçaqladı

Şəmkir rayon sakini sərxoş vəziyyətdə qardaşını bıçaqlayıb. 


News24.az xəbər verir ki, Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü Elşən Əbulfət oğlu Əliyev qardaşı, 1988-ci il təvəllüdlü Rövşən Əliyev tərəfindən ailədaxili münaqişə zəminində qarın nahiyəsindən bıçaqlanıb. 


R.Əliyevin hadisəni törədən zaman sərxoş olduğu bildirilir. 


Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.