Əfqanıstanda partlayış - ÖLƏN VAR

Əfqanıstanda partlayış - ÖLƏN VAR
Dünya

30-03-2020, 11:07

Mətn ölçüsü

Əfqanıstanın cənubundakı Kandahar əyalətində partlayış baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Hadisə Arqandab bölgəsindəki yaşayış məntəqələrindən birində yaşanıb. Qeyd olunur ki, yol kənarında yerləşdirilən mina partlayıb.

Partlayış nəticəsində bir mülki şəxs həlak olub, 1 əsgər yaralanıb.

Ölkə ərazisindəki qruplaşmaların heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.