Van Qoqun rəsm əsəri OĞURLANDI
    • 30-03-2020, 18:41
    • 637

Van Qoqun rəsm əsəri OĞURLANDI

Vinsent van Qoqun "Bahar bağı. Baharda Nuenendəki keşişin evinin önündəki bağ" (1884) rəsm əsəri Hollandiyadakı Singer Laren muzey kompleksindən oğurlanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat verib. Bildirilib ki, naməlum şəxslər gecə saatlarında müzəyə daxil olaraq şüşə qapını sındırıblar. Daha sonra isə siqnalizasiya işə düşüb. Buna baxmayaraq polis oğruları ələ keçirə bilməyib. 

Oğurlanmış rəsm əsərinin dəyəri barədə məlumat verilmir. Əsər Qroningen Muzeyi tərəfindən müvəqqəti nümayiş üçün təqdim edilib.

Hadisə ilə bağlı istintaq işinə start verilib. Kamera görüntüləri toplanılıb, şahidlərdən ifadə alınıb. 

Qeyd edək ki, müzey koronavirus səbəbilə bağlı olub.