Bəzi məişət xidmətləri üzrə fəaliyyətlər davam etdiriləcək
    • 30-03-2020, 21:05
    • 872

Bəzi məişət xidmətləri üzrə fəaliyyətlər davam etdiriləcək

Xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə məişət xidmətləri üzrə bəzi istiqamətlərdə fəaliyyətlər davam etdiriləcək. 


News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.


Xüsusi rejim dövründə məişət xidmətləri üzrə fəaliyyət göstərəcək sahələr aşağıdakılardır: 

•Məişət tullantılarının yığılması və utilizasiyası

•Poçt xidmətləri 

•Kimyəvi təmizləmə

•Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi 

•Avtomobillərin təmiri 

•Avtomobil yuyulma məntəqələri

•Tərcümə xidmətləri 

•Heyvan sığınacaqları 

•Dizayn xidmətləri 

Qeyd edək ki, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.