Ərdoğan 7 aylıq maaşını bağışladı -Video
    • 30-03-2020, 23:32
    • 536

Ərdoğan 7 aylıq maaşını bağışladı -Video

Türkiyədə koronavirus pandemiyası çərçivəsində “Biz bizə yetərik, Türkiyəm” şüarı ilə Milli Həmrəylik Kampaniyası başladılıb.

News24.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, kampaniya Prezident Rəcəb Tayyib Ərdoğanın “Millətə səsləniş” çıxışında elan edilib. Kampaniya çərçivəsində Ərdoğan 7 aylıq maaşını maliyyə yardımı fonduna bağışlayıb.

“Kampaniyamız çərçivəsində Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi tərəfindən yardım fondu açılıb. Məqsəd görülən tədbirlər səbəbindən çətin vəziyyətdə qalan vətəndaşlarımıza əlavə dəstəyi təmin etməkdir. Hər vilayət və rayonlarda ehtiyacı olan vətəndaşalrımızı müəyyən edib, onlara yardım edəcəyik.

Şəxsən özüm 7 aylıq maaşımı bağışlayaraq kampaniyanı açıqa elan edirəm. Nazirlərimiz də buaykı maaşlarını ianə etmək qərarı aldılar.
Məclisdəki bütün millət vəkillərimizi, AKP başda olmaqla, bütün partiya təşkilatlarını, bələdiyyə rəhbərlərini kampaniyaya qoşulmağa dəvət edirik. İş adamlarımızdan, xeyriyyəçilərdən çox böyük dəstək gözləyirik. Zəkatlarını Ramazan ayında verməyi düşünən vətəndaşlarımız da bu kampaniyaya qoşula bilərlər.
Yaşadığımız sıxıntılı günləri geridə qoyarkən xatırlayacağımız ən gözəl şeylərdən biri də bu birlik olsun”.