-
- 19-09-2018, 13:11
- 4 977
Ermənicə öyrənən aktyor: “Məmədan, ipəzor sözləri ilə Azərbaycan dilini möhkəmlətmək gülüncdür” - FOTOLAR - VİDEO
Aktyor Kamran Ağabalayev jurnalist Həmid Həmidovun "ПОГОВОРИМ?" (Danışaq?) layihəsinin qonağı olub.
News24.az xəbər verir ki, K.Ağabalayev son zamanlar bəzi sözlərin milliləşdirilməsi və bunun ictimaiyyət arasında birmənalı qarşılanmamasına kəskin münasibət bildirib:
“Bəzi dil bilənlər deyir ki, Azərbaycan dilinin möhkəmlənməsinə ehtiyac var və bunun üçün Rus dilini ortadan çıxarmaq lazımdır.
Həmin adamlar ipəzor, geyçim, məmədan kimi sözlər fikirləşib dilimizi möhkəmlərmək istəyirlərsə, gülüncdür.
Azərbaycan dilinə keçidi arzulayanlar mənim istədiyim resursu öz dilimizdə mənə verməlidir. Hansı yazıçını axtarsaq Azərbaycan dilində tapmaq mümkün deyil.
Bar-bar bağırırıq ki, biz bunu bacarırıq. Kim Dostoyevskini öz dilimizə tərcümə edə bilər? Mən Azərbaycan dilimizi çox sevirəm. Amma bir nəfər çıxsın desin ki, mən heç bir məğzi itirmədən Mixayil Bulqakovun “”Master və Marqarita” əsərini tərcümə edə bilərəm.
Yəni məmədan, ipəzor fikirləşməklə deyil. Bu çox gülüncdür”.
Aktyor 2 il öncə erməni obrazını canlandırmasından da danışıb:
“ “3-cü günün adamı” filmində erməni obvrazını canladırmışam. Bu heç də çətin deyildi. Mən canlandıracağın personajı oxuduqda onun milliyətinə baxmıram. Əgər milliyətinə fikir versəm o zaman onu standart formada canlandırmalı olacağam. Qaşı qaldır, üzünü turşüt və s. Niyə?
Mənim üçün anti-qəhrəman yoxdur. Mən qəhrəmanımı təsdiqləməliyəm. Kimin nə düşünəcəyi isə məni maraqlandırmır.
Həmin obraz üçün 2 ay erməni dilini öyrənmişdim. Sonradan filmdə düşündülər ki, həmin hissələr dublyaj olunsun. Çoxu bilmir, amma mənim qardaşım şəhid olub. Mən o borcumu vermişəm. Bir daha qeyd edirəm ki, ermənini canlandırmaq elə də çətin olmadı. Çünki rejissor Babək Şirinsifətlə 3 ay məşq etmişdik. Məşq nə qədər gərgin olursa, aktyor çəkiliş zamanı bir o qədər rahat olur”.