61 mindən çox yoluxma, 583 ölüm - ALMANİYA KORONAVİRUSUN CƏNGİNDƏ
    • 31-03-2020, 10:46
    • 562

61 mindən çox yoluxma, 583 ölüm - ALMANİYA KORONAVİRUSUN CƏNGİNDƏ

Almaniyada gün ərzində təsdiqlənmiş koronavirus hallarının sayı 4615 nəfər artaraq 61913-ə çatıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, ölkədə bazar günündən bəri 128 xəstə ölüb. Bununla da koronavirus qurbanlarının sayı 583 nəfər olub. 

Robert Koh İnstitutu Almaniyada yoluxma hallarının 57298 olduğunu, ölənlənlərin sayının isə 455 nəfərə çatdığını bildirib.