Kosmosdan qayıdan ekipaj KARANTİNƏ ALINACAQ
    • 31-03-2020, 11:43
    • 594

Kosmosdan qayıdan ekipaj KARANTİNƏ ALINACAQ

Aprelin 17-də Qazaxıstan ərazisinə enməsi planlaşdırılan Beynəlxalq Kosmik Stansiyanın ekipajı antidepidemioloji tələblərə uyğun olaraq 14 gün karantinə alına bilər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hal-hazırda stansiyada rusiyalı Oleq Skripoçka və amerikalılar Andryu Morqan və Cessika Meir uçuş həyata keçirirlər.

Aprelin 9-u isə kosmik stansiyaya növbəti ekipaj göndəriləcək və onlar O.Skripoçka, Andryu Morqan və Cessika Meir əvəz edəcəklər.