-
- 1-04-2020, 00:51
- 845
Rusiyada daha 5 nəfər koronavirusun qurbanı oldu
Rusiyanın paytaxtı Moskvada koronavirus diaqnozunun qoyulduğu daha 5 nəfər ölüb.
Bu barədə News24.az TASS-a istinadən xəbər verir.
"Moskvada təsdiq edilmiş pnevmaniyadan və koronavirus testinin müsbət nəticə verdiyi beş pasiyent öldü”, - deyə Koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahdan bildirilib.
Qeyd edilir ki, koronavirusdan ölən bütün yaşlı pasiyentlərdə digər xəstəliklər də müşahidə edilib.