-
- 9-07-2018, 11:54
- 4 759
Şiddət görən, zorlanan və intihar edən QADIN! - VİDEO
Niyə bütün bu və bu kimi hadisələrin fonunda qadın dayanır!? Eramızdan əvvəl sadəcə qadın cinsində doğulduğun üçün dünyanın ən günahkar bəndəsi olurdu dünyadan belə xəbərsizlərkən. Hələ “qızın olacaq deyəndə” elə bil o dünyanın bütün daşlarını atanın başına tökürlər. Bir də “Niyə qız doğdun axı” deyib, qadını töhmətləyərdilər də... Oğul istəyən ata anlamırdı ki, onu da dünyaya qadın gətirir...
Qədim zamanda ərəb tayfalarının birində qız uşağı dünyaya gəldikdə diri-diri torpağa basdırardılar ki, adlarına ləkə gəlməsin.
Qadınını təhsil almağa qoymayan, amma xəstəxanada həkimin qadın olmasını tələb edən kişi...
Təhsil qadının sığortasıdır. Bir təhsilli qadın, bir təhsilli ailə deməkdir.
Bütün problemlərin mərkəzində qadını görüb tamaşaçı kimi o problemi izləyən eks cinsin nümayəndələri elə bizik! Biz nə istədiyimizi bilirik? Axı biz də az aşın duzu deyilik. Hadisələrin fonunda qadını görmək bəlkə bizim istəyimizə görədir? 16 yaşlı qızın intiharına səbəb kimdir? Ona xəyanət edən və aldadan kişi!
Azyaşlı qızcığaza elçi getməzdən qabaq papağınızı ortaya qoyub heç əmelli-başlı düşündünüzmü? Düşünmək üçün o papağın altındakı qabın boş olması 16 yaşlı Səkinəni təhsilə yox, ailəyə yönləndirilməsiylə tam ortada. Birdəki mental dəyərlər var axı. “Lazım olan yerdə karımızdır”. “Kişi olan yerdə qadın danışmaz” Səkinə və səkinəkimiləri əetnində daşıyan da sizin həyat, ömür gün yoldaşınız anadır..Sənin qədər onun da haqqı var.
Bəs,14 yaşlı qızını zorlayan ata ? Ata deməkdə zorlansam belə .. heç kişi də demək istəməzdim ,amma nəysə ondan..
Ailənin şərəf və ləyaqəti evin kişisiylə ölçülər. Bəs o kişinin şərəfsiz olması, həm də, öz doğma qızına qarşı..
Yazıq qız necə özünü müdafiə etsin? Kimdən qorusun? Qorxduğunda kimin arxasına gizlənsin? Kimə sarılsın? Onun namusunu əlindən alan atanın? Yazacaq söz çoxdur, ancaq söyüşü belə bu ataya qıyabilmirəm..
Geyiminə görə şiddət görən Günay.. Axı heç bir kişiyə o ixtiyar verilmir ki, geyiminə görə kimisə itdiham etsin.
Hələ hər şey bir tərəfə, anası yaşda qadının ətrafın gözü önündə ona əl qaldırması utancdır. Qızda çöp axtardın, amma hərəkətlərinlə özünün də türklər demiş bir “çöp” olmadığını göstərdin.
O qızın geyiminə qarışmaq nə mənə, nə də bir başqasına düşməz. Hər kəs aynada özünü görmək istədiyi kimi görür. Yox, əgər görmək üçün ayna yoxdursa, ailəsi var.
Kimisə ittiham etmək çox asandır. Və düşünəndə ki, o kimsə nə canındandır, nə də ki, qanından.
Şiddət görən, zorlanan və intihar edən QADINDIR! Amma onları buna sürükləyən hər şeydən xəbərsiz kimi görsənməyə çalışan kişidir!
Qadın axı bir kişinin bütövləşməsinin səbəbkarıdır, bir ömürlük həyat yoldaşıdır.. Cəmiyyətə sağlam övlad yetişdirmək istəyən də qadındır... Qadın anadır, niyə axı qadın olan anamızı düşünmürük?!
Bir sözlə “Cənnət anaların ayağı altındandır” deyə-deyə onlara əsl cəhənnəm yaşatdıq axı..!
Elvin Nüsrətoğlu